Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Azərbaycanın sərhəd xidməti İran gəmilərinin sərhəddə manevr etmədiklərini deyir


Foto arxiv
Foto arxiv
“İranın hərbi gəmilərinin Azərbaycanın dəniz sərhədlərinə toplaşması və manevr etməsi barədə yayılan məlumatlat əsassızdır”.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, bəzi kütləvi informasiya vasitələrinin bu barədə yaydığı məlumatlar həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır.

Dövlət Sərhədd Xidməti Azərbaycanın İranla dəniz sərhədində hər hansı dəyişiklik olmadığını və sərhədlərin adi qaydada mühafizə olunduğunu bildirir.

AzadlıqRadiosunun bölgə müxbiri Müstəcəb Məmmədov isə Astaradan xəbər verir ki, mayın 24-ü və 25-də Xəzərin Azərbaycan sərhəddinə yaxın hissəsində İran gəmiləri müşahidə edilib və onları sahildən gözlə də görmək mümkün olub.

Rayon sakinləri son illər İranla sərhəddə belə bir mənzərə görmədiklərini deyirlər.
XS
SM
MD
LG