Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:30

Ukrayna parlamentinin sədri yeni seçki keçirməyi təklif edir


Ukrayna Ali Radasının sədri Vladimir Litvin parlamentin buraxılması və yeni seçki keçirilməsini təklif edib.

O Kiyevdə keçirdiyi brifinqdə deyib ki, cümə axşamı parlamentdə düşən dava ölkədə parlamentarizmin tamamilə dağıldığını göstərir.

Dünən ölkədə ukrain və rus dillərinin demək olar ki, eyniləşdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı parlamentdə əlbəyaxa dava düşüb.

Bundan sonra parlamentin iclası dayandırılıb və məsələnin müzakirəsi cümə gününə keçirilib.

Müxalifət hakim partiyadan olan deputatların bu təşəbbüsünü seçkiqabağı gediş hesab edir.

Bu ilin oktyabrında Ukraynada parlament seçkisi keçiriləcək.

Ali Radanın qarşısında qanun layihəsinə etiraz olaraq aksiya keçirilir.

Aksiyada yüzlərlə adam iştirak edir.

Daxili qoşunlar binanı mühasirəyə alıb.
XS
SM
MD
LG