Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 21:47

ABŞ rəsmisi İsraildə İranı müzakirə edəcək

Mayın 25-də ABŞ Dövlət Departamenti bildirir ki, Birləşmiş Ştatların İranın nüvə proqramı üzrə təmsilçisi Wendy Sherman regional məsələləri müzakirə etmək üçün İsrailə səfər edib.

Bu səfər dünyanın 6 gücünün, o cümlədən ABŞ və İranın Bağdadda İranın nüvə proqramı üzrə danışıqlarından bir gün sonraya təsadüf edir.

Bağdadda keçirilən iki günlük görüşdə hər hansı irəliləyiş əldə olunmayıb.

Dövlət Departamenti deyir ki, Sherman Amerikanın İsrail təhlükəsizliyi ilə bağlı öhdəliyini bir daha təsdiq etməyi planlaşdırır.

İranın nüvə sahəsindəki fəaliyyətini dayandırmasını istəyən ABŞ və onun Qərbdəki müttəfiqləri narahatdırlar ki, İran bunu silah istehsalı məqsədilə istifadə edəcək. İran bunu təkzib edir.
This item is part of
XS
SM
MD
LG