Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

«Eurovision»-un finalçıları bəlli olub - [VİDEO]


«Eurovision 2012»-nin daha 10 finalçısı məlum oldu
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

«Eurovision 2012»-nin daha 10 finalçısı məlum oldu

Mayın 24-ü «Eurovision 2012» mahnı yarışmasının ikinci yarımfinalı başlayıb. İkinci yarımfinalda 18 ölkə təmsilçisi çıxış edib.

Onlardan daha çox səs toplamış 10 ifaçı finala vəsiqə qazanıb:

Litva, Donny Montell, "Love Is Blind"
Bosniya və Herseqovina, Maya Sar, "Korake Ti Znam"
Serbiya, Zeljko Joksimoviç, "Nije ljubav stvar"
Ukrayna, Gaitana, "Be My Guest"
İsveç, Loreen, "Euphoria"
Makedoniya, Kaliopi, "Crno E Belo"
Norveç, Tooji, "Stay"
Estoniya, Ott Lepland, "Kuula"
Malta, Kurt Calleja, "This Is The Night"
Türkiyə, Can Bonomo, "Love Me Back"

Niderland, Belarus, Portuqaliya, Bolqarıstan, Sloveniya, Xorvatiya, Gürcüstan, Slovakiya isə finala çıxa bilməyib.

Mayın 22-də keçirilən birinci yarımfinalda Rumıniya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya, İrlandiya finala vəsiqə qazanıblar.
Qaydalara görə, ötən ilin qalibi olan Azərbaycan birbaşa finalda çıxış edəcək. Azərbaycanı Səbinə Babayeva «When The Music Dies» mahnısı ilə təmsil edəcək.
Mahnı yarışmasının finalı mayın 26-da olacaq.
XS
SM
MD
LG