Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Azərbaycan «Avro-2020»yə namizəd oldu


Azərbaycan Gürcüstanla birlikdə futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsinə razılıq verib.

«Trend»in məlumatına görə, bu barədə AFFA prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev deyib ki, Bakı 2020-ci il Olimpiya Oyunlarına da iddialı olduğu üçün hələ bununla bağlı qərarını verməmişdi. Lakin Bakı Olimpiya Oyunlarına namizəd şəhər kimi seçilmədiyindən, Azərbaycan və Gürcüstan 2020-ci ildə futbol üzrə Avropa çempionatını birgə keçirməyi qərara alıblar.

«Biz Gürcüstanla müzakirələr aparmışdıq, amma Olimpiadaya görə bu məsələni qabartmırdıq. Azərbaycan ədalətsiz olaraq «short-list»ə salınmadı, biz də Avropa çempionatı ilə bağlı müraciətimizi etdik. Budapeştdə FIFA-nın konqresi gedir. Bizim baş katib ordadır və biz müraciət edərək Gürcüstanla birlikdə Avro-2020-yə ev sahibliyinə namizədliyimizi irəli sürdük» - deyə AFFA rəhbəri bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG