Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:03

Qazaxıstanda daha 400 sayqak antilopu ölüb



Qazaxıstanın Kustanay vilayətində daha 400 sayqak antilopunun cəsədi tapılıb. Bununla da həmin regionda son bir həftədə ölən bu növ antilopların sayı 1000-i keçir.

Keçən həftə Qazaxıstanın Sorşa kəndidə də 120 baş belə antilopu cəsədi tapılmışdı. Bu yaxınlarda ABŞ və Rusiya kosmonavtları Beynəlxalq Kosmik Stansiyadan həmin kəndə enmişdilər. Amma rəsmilər hələlik antilopların qırılması ilə hansısa kosmik avadanlığın bu əraziyə düşməsi arasında hər hansı əlaqə görmürlər.

Nəsli kəsilməkdə olan sayqak antilopları yalnız Qazaxıstanda və Kalmık Respublikasının ərazisində yaşayır. Ehtimallara görə hazırda cəmi 50 000 baş bu növ antilop yaşayır.
XS
SM
MD
LG