Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 22:39

ABŞ Dövlət Departamenti illik insan haqları hesabatını yaydı


Arxiv foto: Bakıda müxalifətin etiraz aksiyalarından birində saxlananlardan biri.
Arxiv foto: Bakıda müxalifətin etiraz aksiyalarından birində saxlananlardan biri.
ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı yayılıb. 2011-ci ili əhatə edən sənədin Azərbaycana aid hissəsində qeyd edilir ki, Azərbaycan Konstitusiyasında hakimiyyət bölgüsü nəzərdə tutulsa da, faktiki olaraq bu ölkədə prezident icra, qanunverici və məhkəmə hakimiyyətləri üzərində dominant mövqeyə malikdir.

Hesabata görə 2010-cu ildə keçirilmiş sonuncu parlament seçkisi ATƏT-in əsas demokratik seçki standartlarının bir çoxuna uyğun olmayıb. Ölkədə 50-dən çox partiya olsa da prezidentin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası siyasi sistemdə dominant rola malikdir: “Etnik erməni separatçıları Dağlıq Qarabağın əsas hissələrini bu regionun ətrafında olan Azərbaycanın yeddi rayonunu nəzarətdə saxlayır” – deyə hesabatda yazılır.

Azərbaycanda insan haqlarının vəziyyətindən bəhs edən hesabat müəllifləri bu sahədə 3 əsas problem olduğunu bildirirlər: “Son 1 ildə nəzərə çarpan əsas insan haqları pozuntusu ifadə, toplaşma və birləşmə azadlıqlarının məhdudlaşdırılmasıdır. Xüsusilə yaz aylarında ölkədə demokratik islahatlar və hökumətin istefası tələbilə keçirilən etiraz aksiyaları zor tətbiq edilməklə dağıdılıb. Həmin aksiyalarda tutulanlardan 15 nəfəri 8 aydan 3 ilə qədər azadlıqdan məhrum ediliblər.

Etiraz aksiyaları keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə göndərilən müraciətlər bütün il ərzində rədd edilib.

2-ci əsas problem, - sənədə əsasən, - icra hakimiyyəti orqanlarının məhkəmə hakimiyyəti üzərində hədsiz təsirinin olması ilə bağlıdır. Bu da siyasi motivli məhkəmə hökmləri, müstəqil vəkillərə qarşı tədbirlər görülməsi, polis, və ya hərbi idarələrdə təcridxanalarda işgəncələr haqda məlumatlarla müşayiət olunur. Belə təcridxanalarda azı 9 nəfərin həlak olması barədə xəbərlər var.

3-cü əsas problem insanların zorla evlərindən çıxarılmaları, şübhəli əsaslarla onların evlərinin sökülməsi və namünasib kompensasiya təklifi kimi hallarla müşayiət olunan mülkiyyət hüquqlarının pozulmasıdır.”

Hesabatda vurğulanır ki, həbsxanalarda bəzən insan həyatı üçün təhlükəli şərait, hökumətin siyasi rəqiblərinin qəsdən tutulması, onların məhkəməyə qədər uzun müddət həbsdə saxlanılması halları il ərzində davam edib: “Hökumət siyasi motivlərlə insanları həbsini, bəzi islam və xristian dini qrupların azadlıqların məhdudlaşdırılmasını da davam etdirir.

Məhkəmə və başqa hüquq-mühafizə orqanlarını da əhatə etməklə ölkədə çox geniş yayılmış korrupsiya var.”

Dövlət Departamenti hesabatında əlavə edir ki, hökumət insan haqları pozuntuları ilə bağlı cinayətləri araşdıra bilmir. Cəzasızlıq əsas problem olaraq qalır.

Hesabatda 3-cü əsas problem kimi insanların zorla evlərindən çıxarılmalsı göstərilir
Hesabatda 3-cü əsas problem kimi insanların zorla evlərindən çıxarılmalsı göstərilir
Bunlar ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair hesabatında Azərbaycan haqqında deyilənlərin qısa xülasəsi idi.

Azərbaycan rəsmiləri ölkədə insan haqları pozuntuları barədə tənqidləri davamlı şəkildə inkar edirlər.

Bugünlər Eurovision-2012 mahnı yarışının Bakıda keçirilməsi ilə bağlı beynəlxalq mediada da belə tənqidlər böyük yer alıb.

Prezident Administrasiyasında İctimai-Siyasi şöbənin müdiri Əli Həsənov isə yerli mediaya müsahibəsində israrla bildirir ki, Azərbaycanı sevməyən qüvvələr davamlı olaraq belə tənqidlərlə ölkənin beynəlxalq imicini ləkələməyə çalışırlar.

HAKİMİYYƏTƏ CİDDİ XƏBƏRDARLIQ

ABŞ Dövlət Departamentinin hesabatı Azərbaycan hakimiyyətinə ölkədə insan haqlarının pozulması, demokratik islahatların keçirilməməsi ilə bağlı çox ciddi xəbərdarlıqdır.

Bunu AzadlıqRadiosuna Müsavat başqanı İsa Qəmbər deyib:

«Həmin sənədin mediaya təqdim olunan hissəsi ilə tanışam və təbii ki, orada ifadə, mətbuat, sərbəst toplaşma və digər azadlıqlarla bağlı deyilənlər obyektiv gerçəklikdir. Mülkiyyət məsələləri də yerində qeyd
İsa Qəmbər
İsa Qəmbər
edilib».

İsa Qəmbər deyir ki, sənədi ətraflı araşdırandan sonra onu müzakirə edəcəklər. Onun fikrincə, Azərbaycan hakimiyyəti bu kimi hesabatlara növbəti bir sənəd kimi yanaşmamalıdır. Dünya, onun bu kimi məsələlərə yanaşması dəyişir. Azərbaycan hakimiyyəti bu dəyişən dünyadan çox ciddi nəticələr çıxarmazsa, indikindən də çətin sübutlar qarşısında qalacaq.

DEPUTATIN MÜNASİBƏTİ

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Yeni Azərbaycan partiyasından olan deputat Cavanşir Paşazadə isə hesab edir ki, ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması barədə qeyd olunanlar əsassızdır:

«Amerikanın belə açıqlamaları birinci dəfə deyil. İnsan hüquqlarının pozulması məsələsini hərənin öz baxış bucağından qiymətləndirməsi düzgün deyil. Hesabatda evlərin sökülməsi qeyd olunur. Amma bunun səbəbləri lazımınca dəyərləndirilmir. Halbuki, başqa yerə köçənlər də var. Köçkünlər üçün yeni evlər də tikilir. Yəni, bir dövlətin daxili işlərinə qarışmaq üçün insanlarının hüquqlarının pozulmasını əsas gətirmək nahaq işdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG