Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Misirdə seçkinin ikinci günüdür


Bu gün Misirdə prezident seçkilərinin ikinci günüdür. Əhalinin seçkidə daha fəal iştirakı üçün ölkədə iş günü deyil.

Bu, ölkəyə 30 il rəhbərlik etmiş Hosni Mubarakin istefasından sonra keçirilən ilk prezident seçkisidir.

Seçkidə 50 milyon seçici iştirak edir. Prezidentlik uğrunda isə 13 namizəd mübarizə aparır. Müşahidəçilər onlardan 5-in daha çox şanslı olduğunu bildirir. Onlar – Ərəb Dövlətləri Liqasının keçmiş rəhbəri Amir Mossa, islamçı Abdelmunem Abulfutuh, “Müsəlman Qardaşları”nın nümayəndəsi Mohammed Mursi, keçmiş baş nazir Ahmed Shafik və sosialist Hamdin Sabahidir.

Dünənki səsvermədən sonra isə Amir Mossa ilə Ahmed Shafikin şansları daha yüksək qiymətləndirilir.

Seçkidə qalib gəlmək üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əgər namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, iyunun 16-17-də ikinci tur keçiriləcək.

Artıq Seçki pozuntuları ilə bağlı 50-dən artıq şikayət daxil olub.
XS
SM
MD
LG