«Eurovision 2013» mahnı müsabiqəsinin yarımfinal və final mərhələlərinin tarixləri müəyyən edilib.
Yarımfinallar 2013-cü il mayın 14-də və 16-da, final isə mayın 18-də keçiriləcək. Trend-in məlumatına görə, bu barədə müsabiqənin icraçı rəhbəri Jon Ola Sand Bakıda mətbuat konfransında bildirib.
«Bu, ilkin tarixdir, dəqiq tarixi isə müsabiqəyə ev sahibliyi edəcək tərəflə razılaşdıracağıq», - o əlavə edib.
Sand deyib ki, 2015-ci ildə «Eurovision» müsabiqəsinin 60 illiyi təntənəli şəkildə qeyd ediləcək. O vurğulayıb ki, təşkilat komitəsi bu tədbirin keçirilməsi ilə bağlı iştirakçı ölkələrdən təkliflər qəbul edir.
Sand sosial şəbəkələrdə «Eurovision»un populyarlıq məsələsinə də toxunub. Onun sözlərinə görə, Bakıda keçirilən birinci yarımfinalla bağlı aparılan təhlil «Twitter» və digər sosial şəbəkələrdə məlumat ötürmələrinin yüksək fəallığını göstərib.
«Bu, Avropanın, xüsusən gənclərin «Eurovision»a yüksək marağını göstərir», - Sand deyib.