Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 02:51

Suriyanın hökumət qoşunları Rastan şəhərinə hücuma keçib

Suriyanın hökumət qoşunları çərşənbə günü Rastan şəhərinə hücuma keçib.

Bu şəhər müxalifətin əsas dayaq nöqtələrindən biridir.

Hələlik itki barədə məlumat verilmir.

Amma suriyalı hüquq müdafiəçiləri həmin gün ölkənin digər rayonlarında 7 adamın öldürüldüyü deyirlər.

İran diplomatları isə çərşənbə günü Suriyada 3 iranlı sürücünün oğurlandığını deyirlər.

Suriya hakimiyyəti buna görə müxalifəti günahlandırır.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar gedir.

Atəşkəs elan edilsə də zorakılıqlar davam edir.
This item is part of
XS
SM
MD
LG