Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:28

Serbiya prezidenti seçilmiş Nikoliç Moskvaya gedir


Serbiya prezidenti seçilmiş Tomislav Nikoliç həftənin sonunda “Vahid Rusiya” partiyasının Moskvada keçiriləcək qurultayına qatılacaq.

Bu barədə çərşənbə günü Nikoliçin köməkçisi məlumat verib.

Onun sözlərinə görə səfər barədə hələ Nikoliçin prezident seçilməsindən əvvəl qərar qəbul olunmuşdu.

Nikoliçin Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi hələlik bəlli deyil.

Əvvəllər qatı millətçi olmuş 60 yaşlı Nikoliç Rusiya ilə sıx münasibətlərin tərəfdarıdır.

Son zamanlar o Avropa Birliyinə inteqrasiyanı da dəstəkləyir.
XS
SM
MD
LG