Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 02:37

İsa Qəmbər İlham Əliyevdən məhbuslara bilet istədi [Video]


Müsavat başqanı İsa Qəmbər AXCP sədri Əli Kərimli ilə mayın 23-də keçirdikləri mətbuat konfransında prezident İlham Əliyevə müraciət edib. O, vicdan məhbusu sayılan fəalların tezliklə azad olunmasını və mayın 26-da keçiriləcək «Eurovision» mahnı müsabiqəsinin final konsertində onlara yer ayılmasını təklif edib.

Əcnəbi jurnalistlərin də iştirak etdiyi konfransında hər iki partiya lideri ölkədəki ictimai-siyasi durum barədə fikirlərini bölüşüblər.

«EUROVISION»UN XEYRİ

Liderlər «Eurovision» ərəfəsində Azərbaycana beynəlxalq diqqətin artmasını müsbət hal kimi qiymətləndiriblər.

İsa Qəmbər «Eurovision»u ən bahalı müsabiqə adlandırıb. O, bu müsabiqəyə xərclənən vəsait qədər də pulun mənimsənildiyini deyib.

«AZƏRBAYCANI DÜNYANIN ƏN KORRUPSİYALAŞMIŞ HÖKUMƏTİ İDARƏ EDİR»

AXCP sədri Əli Kərimli isə bildirib ki, onlar Azərbaycanın gələcəyini Avropa ailəsində görürlər.

«Azərbaycanın işğal altında olan torpaqlarının qaytarılması üçün də Avropaya inteqrasiya vacibdir. Biz Azərbaycanda monopoliyanın əleyhinəyik. Azərbaycanı dünyanın ən korrupsiyalaşmış hökuməti idarə edir. Biz hesab edir ki, ölkə təkcə neftdən asılı olmamalıdır, qeyri-neft sektoru da inkişaf etdirilməlidir» - deyə Əli Kərimli bildirib.

Xarici İşlər naziri Elmar Məmmədyarov isə «Wall Street Journal» qəzetindəki məqaləsində yazır ki, Azərbaycanda demokratiya tərəqqi edir, korrupsiya qarşı mübarizədə də ciddi irəliləyiş var.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG