Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:59

Naxçıvanlıların 20 ildir gözlədiyi gün...


Arxiv foto
Arxiv foto
«NAXÇIVAN: NUH BABA VƏ TÜRK ATADAN GƏLƏN YOL» KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

...Son illər Naxçıvan tarixinin hərtərəfli öyrənildiyini, sanballı monoqrafiya və kitabların nəşr olunduğunu diqqətə çatdıran natiq qeyd edib ki, yerli materiallar əsasında hazırlanan dəyərli nəşrdə Nuh peyğəmbər, eləcə də dünya tufanı ilə əlaqədar Naxçıvan ərazisində aşkar edilmiş yeni materiallar, onların tarixi mənbələrlə qarşılıqlı əlaqələri, sivilizasiya və şəhərsalma məsələləri, həmçinin Türk ata nəzəriyyəsi, islamaqədərki etnik mədəni münasibətlər öz əksini tapıb.

Sonda kitabın müəllifi, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə çıxış edərək tədbirdə iştirak edənlərə, kitabı yüksək dəyərləndirib haqqında xoş söz söyləyənlərə öz minnətdarlığını bildirib.


BU GÜNÜ GÖZLƏYİRDİK

Hörmətli redaksiya!

Sovet dönəmində ailə büdcəsindən artırdığımız müəyyən qədər pulu əmanət kassasına qoymuşduq. SSRİ dağılandan sonra gərginlik yaranması, ölkənin naşı adamlar tərəfindən idarə olunması həyatımızın digər sahələri kimi, bank – maliyyə sistemini də iflic vəziyyətə saldı. O vaxt insanlar bu gündən sabaha sağ qalmaq üçün üzlərini ulu tanrıya tuturdular.
Təbii ki, belə bir dövrdə banka qoyduğumuz pulların geri qaytarılması haqqında düşünmək belə ağılsızlıq olardı. Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra banka qoyduğumuz pulları geri ala biləcəyimizə ümidlərimiz dirçəldi. Gözümüz yolda, qulağımız səsdə idi. Fikirləşirdik ki, görəsən, pulumuz nə vaxt qaytarılacaq?

Onu da qeyd etmək istəyirəm ki, ümummilli liderimizin siyasətini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin bizi sevindirəcəyinə inanırdıq və bu gün inamımızda yanılmadığımızı görürük.

...Dövlət başçımıza öz adımdan, ailəm adından və əmanət bankından pul gözləyən yaxınlarımın adından dərin minnətdarlığımı bildirirəm.

Cəlil Orucov
Şərur rayonunun Axura kənd sakini

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Gəncliyə göstərilən növbəti qayğı
- Hər meyvənin öz dadı
- Plastik kartlarınızdan diqqətlə istifadə edin
- Ordubadda keçirilən əmək yarmarkasına 145 boş iş yeri çıxarılmışdır
XS
SM
MD
LG