Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:59

Xəzərin suyunu içməli edəcək zavod tikilir


Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı zavod yaxın 4 ay ərzində hazır olacaq.

APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda müəssisənin qurulması üçün gərgin iş gedir. Zavodun əsas avadanlıqları xaricdən gətirilir. Artıq avadanlığın 90 faizi gətirilib və quraşdırılır.

Müəssisə saniyədə 230 litr içməli su istehsal etmək gücünə malik olacaq.

İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlığın qurulması nəzərdə tutulub.

Bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsi olacaq.
XS
SM
MD
LG