Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:26

ABŞ-ın sərnişin təyyarəsi məcburi eniş edib


Parisdən Charlotte şəhərinə uçan təyyarə sərnişinlərdən birinin şübhəli davranışına görə Maine şəhərinə enib. ABŞ hava yollarına məxsus və içərisində 179 nəfər sərnişin olan Boeing 767 təyyarəsi mayın 22-də istiqamətini dəyişməli olub.

Hava yolları şirkəti yazılı açıqlamada bildirir ki, onlar sərnişinlərdən birinin şübhəli davranışına görə təcili təyyarəni endirməli olublar.

Təyyarənin endiyi hava limanına hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Amma hadisə barədə bundan artıq məlumat verilmir.
XS
SM
MD
LG