Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 04:50

Televizorun kənardan idarə edilməsi texnologiyasını yaradan alim vəfat edib


Televizorun kanallarını kənardan dəyişməyə imkan verən “pultu” kəşf edən ABŞ alimi Eugene Polley mayın 20-də Çikaqoda vəfat edib. Onun 96 yaşında təbii səbəbdən öldüyü bildirilir.

Polley telezor “pultu”nu hələ 1955-ci ildə kəşf etmişdi. Onun düzəltdiyi ilk avadanlıq televizora gözlə görünən işıq vasitəsilə əmrlər verirdi. Buna görə də evdə işıq yananda televizor işləyə bilmirdi.

1980-ci illərdə isə həmin “pult”lar ultrasəs dalğaları ilə işləməyə başladı.
This item is part of
XS
SM
MD
LG