Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 03:50

Fitch Yaponiyanın da kredit reytinqini endirdi



Beynəlxalq reytinq agentliyi Fitch Yaponiyanın kredit agentliyini AA-dan A plyusa endirib.
Mayın 22-də Fitch bildirib ki, bu ölkədə daxili borclar kəskin artıb, ümumi iqtisadi mənzərə də o qədər ürəkaçan deyil.

Fitch-in hesablamalarına görə Yaponiyanın daxili borcu bu ilin sonuna ölkə iqtisadiyyatından iki dəfə çox olacaq. Bu da sənayeləşmiş ölkələr arasında ən yüksək göstəricidir.

Agentlik Yaponiyanı daxili borcları nəzarətə götürməyə çağırır.

Onsuz da iqtisadi böhran içərisində olan Yaponiya iqtisadiyyatı keçən ilin martında baş vermiş zəlzələ və sunamidən sonra daha da çətin duruma düşüb.
XS
SM
MD
LG