Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 18:18

İtkin düşmüş uşağın öldürüldüyü güman edilir

Sumqayıtda itkin düşən 13 yaşlı uşağın qəsdən öldürülməsi ehtimalı ilə cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda deyilir ki, bu ilin martın 29-da 13 yaşlı Ramil Ağayev yaşadığı evin qarşısından naməlum şəraitdə itkin düşüb.

Cinayətin açılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
This item is part of
XS
SM
MD
LG