Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:05

Arif Hacılı 8-ci gün aclıq aksiyasını dayandırdı


Arxiv foto: Arif Hacılı
Arxiv foto: Arif Hacılı

Müsavat Partiyası icra aparatının rəhbəri, beynəlxalq insan haqları təşkilatlarının vicdan məhbusu kimi tanıdıqları Arif Hacılı mayın 22-də aclıq aksiyasını dayandırıb. Bu barədə onun xanımı Nəzakət Hacılı məlumat verib.

Arif Hacılı aclıq aksiyasını İctimai Palatanın Koordinasiya Şurasının, ziyalıların, Müsavat Partiyasının Divanının, ailəsini və ictimaiyyət nümayəndələrinin xahişləri əsasında dayandırdığını bildirib.

Arif Hacılı müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasına görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. O, mayın 15-dən aclıq aksiyasına başlamışdı. Arif Hacılı ilə birgə həbsdə olan başqa müxalifət fəalları da aclığa başlamışdılar. Amma bir neçə gün sonra onlar aksiyanı dayandırıblar.

Məhbuslar həbsdə olan və vicdan məhbusları hesab edilən digər müxalifət fəallarının azadlığa buraxılmasını tələb edirlər.

Həmin tələblə Müsavat Partiyasının qərargahında müxalifət fəallarının aclıq aksiyası 8-ci gündür davam edir. İctimai Palatanın üzvləri və həbsdə olan şəxslərin yaxınlarından ibarət 9 nəfərlik qrup davam etdirir.
XS
SM
MD
LG