Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:51

İran Qərblə razılaşma imzalamağa yaxındır


Iran -- Irans chief nuclear negotiator Saied Jalil and International Atomic Energy Agency (IAEA) chief Yukiya Amano (L) address a joint press conference, in Tehran, 21May2012
Iran -- Irans chief nuclear negotiator Saied Jalil and International Atomic Energy Agency (IAEA) chief Yukiya Amano (L) address a joint press conference, in Tehran, 21May2012
Tehrana səfərdən qayıdan BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyin rəhbəri Yukiya Amano bildirib ki, İranın mübahisəli nüvə proqramıyla bağlı şübhələri dağıtmaq üçün lazım olan təftişlərlə bağlı saziş imzalanmağa yaxındır.

AMANO NİYƏ NİKBİNDİR?

Yukiya Amano deyir ki, “bu sazişin yaxın zamanlarda imzalanacağını deyə bilər. Ancaq nə qədər yaxın zamanda, bu qarşıdakı bir neçə gündə aydın olacaq.“

Amano Tehrandakı görüşlərini və əldə edilən razılaşmaları müsbət irəliləyiş adlandırıb. Agentliyin rəhbəri hələ bəzi məsələlərdə firkir ayrılıqları qaldığını, ancaq İranın nüvə danışıqlarındakı rəsmisi Said Jalilinin bu məsələlərlə bağlı ona vəd verdiyini əlavə edib.

MÜFƏTTİŞLƏR NƏDƏN ŞÜBHƏLƏNİR?

Beynəlxalq müfəttişləri narahat edən əsas məsələ Parçindəki hərbi obyektdir. Şübhələr var ki, məhz bu zavodda 2003-cü ildən İran alimləri nüvə silahı yaratmaq üçün partlayışları sınaqdan keçirən konteynerlər yaradıblar. Onlar narahatdırlar ki, İran fevralda müfəttişləri bu zavoda buraxmamaqla avadanlıqları başqa yerə köçürmək üçün vaxt udmağa çalışıb. Ancaq Amano Parçinə də müfəttişlərin buraxılması məsələsinin yeni sazişin bir parçası olduğunu deyib.

Amanonun nikbin açıqlamaları Çərşənbə günü Bağddada Qərb dövlətləri və İran arasında keçiriləcək nüvə danışıqlarından bir gün öncəyə təsadüf edib.

BAĞDAN GÖRÜŞÜNÜN GÜNDƏLİYİ

Bağdaddakı görüşdə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya və İran təmsilçiləri iştirak edəcəklər. Danışıqların ilk raundu Apreldə İstanbulda nəticəsiz başa çatmışdı.

İranın nüvə rəsmisi Saeed Jalili bildirib ki, Bağdad görüşüylə beynəlxalq aləmlə İran arasında yeni tərəfdaşlıq başlanacağına ümid edir.

Bağddadakı görüşün gündəliyindəki əsas məsələ İranın nüvə proqramının hərbi məqsədli olmaması ilə bağlı şübhələri dağıtmaq üçün görüləcək işləri müzakirə etməkdir.

BMT TƏhlükəsizlik Şurası və Qərb dövlətləri İranı nüvə proqramından çəkindirmək üçün bir çox sanksiyalar qəbul ediblər. Və ekspertlər düşünür ki, Mayın 23-dəki görüşdə İran müfəttişləri istədikləri obyektlərə buraxmaq güzəştinin əvəzində bu sanksiyaların dondurulmasını istəyə bilər.

İRAN GÜZƏŞTƏ HAZIRDIRMI?

Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutundan Shannon Kile deyir ki,
“İran üçün ideal situasiya o olardı ki, hələ əllərində hazır silah olmasın ki, kimsə onlara qarşı qəti addımlar ata bilməsin. Ancaq bunu əldə etməyə də yaxın olsunlar ki, onları ciddi qəbul etsinlər. Və deyəsə İran hazırda bu məqama çatıb. Məsələni bundan sonra uzatmağın İrana xeyirdən çox, ziyanı ola bilər”.

Qərbin güzəşt limitlərinə gəlincə isə, ABŞ dəfələrlə bildirib ki, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Mayın 18-də ABŞ Nümayəndələr palatası hökumətə İranı nüvə silahı əldə etməmiş dayandırmaq səlahiyyəti verən sənəd qəbul edib.

QƏRBİN GÜZƏŞT LİMİTLƏRİ

Ancaq New York Times yazır ki, ABŞ rəsmiləri bir an öncə nüvə böhranına son qoymaq üçün, bəzi güzəştlərə hazırdırlar. Söhbət İrana uranı nüvə reaktorunda yanacaq kimi istifadə eləmək üçün, 20 faizə qədər zənginləşdirməsinə icazə verməkdən gedir.

Amma İsrailin Baş naziri Benjamin Netanyahu deyib ki, onlar bu məsələdə Qərbin güzəştə getməsi fikriylə razı deyillər. Netanyahunun sözlərinə görə, İsrailin dəyişməz mövqeyi belədir ki, “İranın bu günə kimi zənginləşdirdiyi bütün uran ehtiyatları əlindən alınmalı, nüvə zavodları sökülməlidir və ancaq bu yolla Tehranın nüvə silahı yaratmasına mane olmaq olar”.

İran isə prosesin lap əvvəlindən nüvə silahı əldə etmək niyyəti ilə bağlı iddiaları gülünc adlandırır və nüvə proqramının dinc – enerji məqsədli olduğunu deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG