Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 20:20

İlk özəl kosmik gəmi fəzaya buraxılıb


Mayın 22-də Floridadan insansız kosmik gəmi Beynəlxalq Kosmik Stansiyaya yol alıb. Bu, özəl müəssisənin kosmosa raket buraxması ilə bağlı ilk təcrübədir. Gəminin stansiyaya cümə günü çatacağı güman edilir.

ABŞ-ın Kosmik Agentliyi – NASA gələcəkdə özəl şirkətlərin də kosmosa yüklər, eləcə də kosmonavtlar apara bilməsi üçün Kosmik Tədqiqatlar Texnologiyaları Korporasiyasını bu uçuşa cəlb edib.
This item is part of
XS
SM
MD
LG