Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Putin köhnə nazirlərə vəzifə verib



Rusiya prezidenti Vladimir Putin keçmiş nazirlərdən yeddi nəfərinə Prezident Administrasiyasında vəzifə verib. Dünən – mayın 21-də isə o, keçmiş prezident, indiki Baş nazir Dmitry Medvedevin təklif etdiyi yeni hökumətin tərkibini təsdiqləyib.

İndi prezidentin müşavirləri kimi çalışacaq adamlar keçmiş nəqliyat, iqtisadiyyat, təhsil, səhiyyə, kommunikasiya və enerji nazirləridir.

Keçmiş Daxili İşlər naziri Rashid Nurgaliyev isə prezidentin Təhlükəsizlik Şurasının sədri olub.

Təhlilçilər köhnə nazirləri özünə müşavir təyin edən Putinin üçüncü prezidentlik dövründə mövqelərini möhkəmləndirdiyini deyirlər.

Mayın 7-də prezident kimi and içən Putin müxalifətin seçki saxtalaşdırması iddiası ilə ciddi etirazlarla üzləşib.
XS
SM
MD
LG