Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:17

Bu il Gəncədə məzunların sayı 5 faizədək azalıb


Bu barədə Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov məlumat verib. Bildirib ki, bu il 2675 nəfər məktəbi bitirib. 2010-2011-ci tədris ilində şəhərdə isə 2794 nəfər orta təhsili başa vurub. Bu ötən illə müqayisədə məzunların sayının 119 nəfər az olmasını göstərir.

Gəncə şəhər Təhsil idarəsinin rəisi deyir ki, növbəti tədris ilində Gəncədə 175-ə yaxın ibtidai sinfin yaradılması nəzərdə tutulub. Hər bir sinifdə 20 şagird olarsa bu il 3500-3600-ə yaxın uşağın birinci sinfə gedəcəyi planlaşdırılır.

Gəncədə 44 orta məktəb, 1 yardımçı, 2 gimnaziya, 1 sanatoriya tipli gimnaziya və 1 əsas orta məktəb var.
XS
SM
MD
LG