Keçid linkləri

2026, 17 Oktyabr, şənbə, Bakı vaxtı 12:13

İranın Azərbaycandakı səfiri Tehrana çağırılıb

İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bərhami Tehrana gedib.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri məlumat verib. Abbas İsgəndəri səfirin Bakıya nə zaman qayıdacağını bilmədiyini deyib.

Səfirin İran Xarici İşlər Nazirliyi tərəfindən məsləhətləşmələr üçün Tehrana çağırıldığı bildirilir.

Bəzi məlumatlara görə, səfirin Tehrana çağırılmasına səbəb İran səfirliyi qarşısında keçirilən aksiyalarda bu ölkənin ali dini liderinin təhqir olunmasıdır.
This item is part of
XS
SM
MD
LG