Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 11:09

Yəməndəki partlayışda 90 nəfər ölüb


Yəmən paytaxtı Sanaada intiharçı bomba partlayışında azı 90 nəfər ölüb, 200-ə qədər yaralı var. Partlayış prezident sarayının yaxınlığında, ölkənin birləşməyinin 22–ci ildönümü münasibətilə keçiriləcək mərasimə hazırlıq zamanı baş verib. Xəsarət alanların çoxu hərbçilər və tələbələrdir. Hadisəni Əl-Qaidə ilə əlaqəli yaraqlıların törətdiyi güman edilir.
XS
SM
MD
LG