Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Naxçıvanda 31 mart qurbanlarının xatirəsinə həsr olunmuş iməcilik keçirilib


Naxçıvanda iməclik
Naxçıvanda iməclik
-Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!
Şərq qapısı
03.04.2012
Sayı: 59(20.464)


TİKİNTİ OBYEKTİNDƏ PRAKTİK TİBBİ TƏLİM KEÇİRİLMİŞDİR

Muxtar respublikamızda tikinti – quraşdırma və abadlıq işlərinin həcmi ildən – ilə əhatə dairəsini genişləndirir. Hazırda regionun tikinti təşkilatlarında 12 min nəfərə yaxın işçi çalışır. Bu göstərici tikinti sektorunun muxtar respublika iqtisadiyyatındakı rolunu və əhəmiyyətini göstərməklə yanaşı, bu sahədə əməyin təşkili və təhlükəsizlik məsələlərinə diqqətin artırılmasını da zəruri etmişdir.

İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlərlə əlaqədar 2011-ci il iyun ayının 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə verilən tapşırıqların icrası üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində hazırlanmış tədbirlər planı ardıcıl şəkildə həyata keçirilir.

Naxçıvan Şəhər Abadlıq və Təmir – Tikinti İdarəsinin 17 nəfər kollektivi üçün seminar – məşğələ təşkil edilmişdir.

...Tikinti briqadiri Kəmaləddin Allahverdiyev inşaatçıların səhiyyə maarifində belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, kollektiv adından səhiyyə işçilərinə minnətdarlığını bildirmişdir.


NAXÇIVANDA 31 MART SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR

Həmin gün Naxçıvan şəhərində soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş iməcilik keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Naxçıvan şəhərətrafı dairəvi avtomobil yolunun kənarında keçirilən iməcilikdə iştirak etmişlər.

İməcilik keçirilən 5 hektarlıq ərazidə yeni bağ salınmış, 3500 ədəd meyvə tingi əkilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir.

Həmin gün muxtar respublikanın rayon və kəndlərində də 31 mart Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş iməciliklər keçirilmiş, yeni meyvə bağları salınmış, ağaclar əkilmişdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- İsmayıl Hacıyev ABŞ-ın Bioqrafiya İnstitutunun akademiki seçilib
- Ötən həftə keçirilən iməciliklərdə 23 min 60 ədəd ağac və gül kolu əkilmişdir
- Universitetdə yeni layihə həyata keçiriləcək
XS
SM
MD
LG