Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:11

İctimai Palatanın aclıq aksiyası 12 nəfərlə davam edir


İctimai Palatada aclıq aksiyası
İctimai Palatada aclıq aksiyası
Müsavat Partiyasının qərargahında həbsdə olan «vicdan məhbusları»nın azad olunması tələbi ilə aclıq aksiyası davam edir.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının verdiyi məlumata görə, aksiyada 12 nəfər iştirak edir. Mayın 21-də aclıq edənlərdən biri Şəkərxanım İsgəndərlinin səhhəti pisləşib, təcili yardım çağırılıb.

Aclıq aksiyası mayın 15-dən başlayıb. İndiyə qədər aksiyada 26 nəfər iştirak edib.

Mayın 15-dən saxlandıqları həbsxanalarda aclıq aksiyasına başlayan «vicdan məhbusları» isə Arif Hacılı istisna olmaqla, mayın 20-dən aksiyanı dayandırıblar.
XS
SM
MD
LG