Keçid linkləri

2026, 14 İyun, bazar, Bakı vaxtı 08:46

Abdul Basit al Megrahi Tripolidə vəfat edib

1988-ci ildə Şotlandiya üzərində sərnişin təyyarəsinin vurulmasına görə mühakimə olunmuş Abdul Basit al Megrahi Tripolidə vəfat edib.

O həm də Liviya xüsusi xidmətinin keçmiş əməkdaşı idi.

60 yaşlı Megrahi öz evində keçinib.

O 2001-ci ildə ömürlük həbsə məhkum edilmişdi.

Amma 2009-cu ildə səhətinə görə Şotlandiya həbsxanasından azad edilib.

Həmin vaxt onda xərçəng xəstəliyi aşkar edildiyi və ömrünə 6 ay qaldığı bildirilmişdi.

1988-ci ildə Şotlandiya üzərində sərnişin təyyarəsinin vurulması nəticəsində 259 sərnişin, yerdə isə 11 adam öldü.

Amma Megrahi bu terror aktında əli olmadığını deyirdi.
This item is part of
XS
SM
MD
LG