Keçid linkləri

2026, 21 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 05:52

İtaliyada zəlzələdən ölənlərin sayı 6 nəfərə çatıb

İtaliyanın şimalında baş vermiş zəlzələdə ölənlərin sayı 6 nəfərə çatıb.

İki qadın şokdan keçinib.

France-Presse agentliyinin məlumatına görə, onlardan birinin təxminən 100 yaşı var.

Bundan başqa onlarla adamın yaralandığı xəbər verilir.

Tarixi abidələr də daxil olmaqla xeyli tikiliyə ziyan dəyib.

Yeraltı təkanlar 5,9 bal gücündə olub.

1999-cu ildə İtaliyanın mərkəzi rayonlarında baş vermiş 6,3 ballıq zəlzələ nəticəsində
300-dən çox adam öldü.
This item is part of
XS
SM
MD
LG