Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:46

Bu il Əfqanıstabda 156 NATO əsgəri ölüb

Əfqanıstanın cənubunda intiharçının hücumu nəticəsində 2 NATO əsgəri həlak olub.

Uruzqan əyalətinin rəhbərliyi həmçinin hücum nəticəsində 2 uşaq da daxil olmaqla bir neçə dinc sakinin yaralandığını xəbər verir.

Həmçinin ötən gün Kunar əyalətində NATO bazasının raket atəşinə tutulması nəticəsində
2 əsgər ölüb, 6-sı isə yaralanıb.

Təkcə bu il Əfqanıstanda 156 NATO əsgəri öldürülüb.
This item is part of
XS
SM
MD
LG