Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:35

Əsgərlikdəki Cabbar Savalanlı ilə telefon söhbəti


Cabbar Savalanlı (Arxiv foto)
Cabbar Savalanlı (Arxiv foto)
«Cabbar Savalanlı da sərhədçi əsgər olsun, təki Vətən sağ olsun. Andicməm qurtarıb, artıq hərbi hissəni tərk etmişəm».
Bu günlərdə hərbi xidmətə çağrılan gənc fəal Cabbar Savalanlı «Facebook» səhifəsində belə yazır.
Zəng vurub halını soruşduq. Yaxşı olduğunu söylədi:
- Andiçməm bitdi. Bir neçə saat hərbi hissədən qıraqda ola bilərik. Anam da yanımdadır. Hər şey yaxşıdır.
Cabbar Savalanlı deyir ki, əsgər yollanmaq onun uşaqlıq arzusu olub. Sadəcə, belə tezliklə hərbi xidmətə çağrılacağını gözləmirmiş:
«Heç gözləmirdim. Mən həbsxanadan təzə çıxmışdım. Məni yenidən qapalı sisitemə qaytardılar. Amma onu da deyim ki, həmişə hərbi xidmətdə olmağı istəmişəm. Lap uşaqlıqdan. Sadəcə, indiki vaxtda olması bir az… Həm təhsilim yarımçıq qaldı, həm də həbsxanadan çıxıb hərbi xidmətə yollanmaq bir az yaxşı olmadı. Amma yenə də hər şey qaydasındadır, hər şey normaldır».
Cabbar Savalanlı bir hərbçi olaraq artıq öhdəliklərini də bilir. Odur ki, başqa mətləblərdən danımaq istəmir:
«Mən artıq hərbçiyəm. Hərbçi isə siyasətə qarışmır, siyasətdən danışmır. Mən də həmçinin. Amma bircə onu deyə bilərəm ki, 11 ay həbsdə oldum, heç nə dəyişmədisə, hərbi xidmətdən sonra da sapmalar olmayacaq».
Cabbar Savalanlı 2011-ci il fevralın 5-də narkotik vasitə əldə etmə və saxlamada təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O özü isə siyasi mövqeyinə görə həbs olunduğunu bildirirdi. Beyəlxalq qurumlar bloqqerin azadlığa buraxılmasını tələb edirdilər. Cabbar Savalanlı 2011-ci il dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Bu ilin mayında isə Cabbar Savalanlı hərbi xidmətə aparılıb.
XS
SM
MD
LG