Keçid linkləri

2026, 10 Oktyabr, şənbə, Bakı vaxtı 15:46

Çikaqoda NATO-nun sammiti keçirilir

ABŞ-ın Çikago şəhərində NATO-nun sammiti keçirilir.

Sammit iki gün çəkəcək.

Sammitdə əsasən Əfqanıstandakı vəziyyət müzakirə olunur.

Toplantıda 2014-cü ildə beynəlxalq qüvvələrin bu ölkədən çıxarılmasından sonra hərəkət strategiyası qəbul olunmalıdır.

NATO-nun baş katibi Anders Foght Rasmussen hesab edir ki, Əfqanıstandakı əsas beynəlxalq qüvvələr bu ölkədən çıxarıldıqdan sonra NATO hərbçiləri yerli qüvvələrə təlim keçməli onlara köməyi davam etdirməlidir.

Pakistan prezidenti Asif Ali Zardari də sammitdə iştirak edir.

Sammitdə Avropada raket hücumlarından müdafiə sistemlərinin qurulması məsələsi də müzakirə olunacaq.

Rusiya plana qarşıdır.
This item is part of
XS
SM
MD
LG