"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğuna keçmiş yazarları daha yaxından tanıtmaqda davam edirik.
Dilqəm Əhməd
ŞEİRLƏR
Sevgi ilə bütövləşənlər
Axsaq gecənin küçələrində axsaq bir köpək irəliləyir
Sahibinin dabanını iyləyərək
Nə çoxdur bu ölkədə daban iyləyən, ağızlarda çeynənən.
Çürük saqqız kimi bir kənara səpələnən.
Sən çürük saqqızmı olmaq istəyirsən
Ya mənim kimi həqiqətlə buxarlanıb günəş altında ağ bulud olmaq.
Sən dabanmı iyləmək istəyirsən
Ya mənim kimi sevgilinin əlindən qızılgül iyləmək.
Mən cumhuriyyətin divarlarına söykənib öpüşmək istəyirəm
Sənsə zibilxanada eşələnən qorxaq, amma hürən itlər kimi üzərimə saldırırsan.
Mən sevgilimlə günəş şüasindan yapışıb aydınlığa qovuşuram.
Sənsə, bütün qara örtükləri üzərimə qaldırırsan.
Çəkil yarımçıq adam, kirlətmə qızılgülləri, bulandırma ürəkləri.
Günəş də, sevgi də unutmuş sizin kimi yaşayan çürükləri.
Sən qara adamsan, mənsə günəşin zəbti yaxın deyənlərdən.
Sən yarım adamsan, mənsə sevgi ilə bütövləşənlərdən.
19.05.2012
Bilsən nə haldayam…
Kulis.az-a qonorar almağa gedərkən Sahil metrosundan APA-nın ofisinin yoluna gedən səkiyə bir neçə qadının gül basdırdığını gördüm. Bu şeir qadınlardan birinin üzündəki nisgilə həsr olunur.
Bilsən nə haldayam,
hündür binalarda yuva qursa da,
dən üçün aşağıya uçan göyərçinlər kimi
aciz bir haldayam
baxsana
şəhər dəyişiləndən
göyərçinlər sülh üçün deyil,
dən üçün savaşır.
bir az dərindən düşünsən,
Bakıya ancaq qarğalar yaraşır.
baxsana
əllərinə gül verilib,
əlləri öpülməli yaşlı qadınlar
Sahil metrosunun qarşısında
hansısa axmaq turist üçün
zövq toxuyur.
əlləri torpaq qoxuyur.
Torpaq qoxuyan əllərin sahibinin
ürəyindəki kədər ilə əkdiyi o güllərin qarşısından
qısa şortlu, sarı saçlı ingilis qızı keçib zövq alacaq.
çünki onun bilet puluna daxildir:
şəhərin zorakı gözəlliyi
qadınların zorakı əzilməkliyi.
Bilsən nə haldayam
bütün gözəlliklərin arxasında
bir qadın nisgilinin yatdığını anlayacaq haldayam.
07. 05.2012
Biz…
həyat bizə soyuq davrandığından
biz insanları deyil, pinqvinləri sevirdik
biz evdə ola-ola
evdən çıxıb bir daha geri qayıtmayanlar kimiydik.
30.04.2012