Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 04:53

Prezidentə Arif Hacılı ilə bağlı müraciət olundu


Eynulla Fətullayev
«İnsan Haqları Uğrunda» İctimai Birliyin sədri Eynulla Fətullayev mayın 19-da Müsavat başqanının müavini Arif Hacılının azadlığa buraxılması üçün prezident İ.Əliyevə müraciət edib.

Müraciətdə Arif Hacılının bir neçə gün əvvəl vicdan məhbusu sayılan şəxslərin buraxılması üçün dövlət başçısına etdiyi müraciət xatırlanır.

Qeyd olunur ki, Arif Hacılının bu müraciəti cəmiyyətdə müxtəlif siyasi və ictimai qüvvələr arasında effektiv dialoqun baş tutması üçün bir fürsətdir.

Eynulla Fətullayevin AzadlıqRadiosuna deyib ki, istiqlalçı deputat Arif Hacılının həbsdən buraxılması vətəndaş barışına böyük töhfə olardı.

Arif Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi aksiyada saxlanıb.

O, Səbail rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Vəkil Nemət Kərimli deyir ki, Arif Hacılı artıq 5-ci gündür aclıq aksiyası keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG