Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 23:40

Çinli dissident Chen Guangchengin ABŞ-a yollandığı güman edilir


Çinli gözdən əlil hüquq müdafiəçisi Chen Guangchengin şənbə günü ailəsi ilə birlikdə Birləşmiş Ştatlara yollandığı güman edilir.

Pekindən verilən məlumata görə, onun bilet aldığı təyyarə artıq yola düşüb və dissidentin yükü qeydiyyatdan keçib.

Son anadək ona pasport verilmirdi.

O bu yaxınlarda ev dustaqlığından qaçaraq ABŞ səfirliyinə sığınmışdı.

ABŞ Dövlət katibi Hillary Clintonun bu yaxınlarda Pekinə səfəri zamanı onun ailəsi ilə birlikdə Birləşmiş Ştatlara getməsi barədə razılıq əldə olunub.
XS
SM
MD
LG