Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:55

Çikaqoda NATO-nun sammitinə qarşı aksiya keçirilib


Çikaqoda NATO-nun bu şəhərdə keçiriləcək sammitinə qarşı kütləvi aksiya keçirilib.

Sammit bazar günü başlayır.

Şəhərin küçələrinə bir neçə min adam çıxıb, maliyyə idarələrinin yerləşdiyi məhəllədə nəqliyyatın hərəkəti dayanıb.

Polislə toqquşma baş verməyib.

Təşkilatçılar əvvəlcədən zorakılıq və təxribatlardan qaçacaqlarını bəyan ediblər.

Aksiyaçılar böyük 8-lər ölkələrinin Kemp-Deviddə keçirilən sammitinə də etiraz edib, bank sektoru və varlılar üçün vergini artırmağa çağırıblar.

Bazar günü şəhərdə daha böyük etiraz aksiyası gözlənilir.
XS
SM
MD
LG