Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 09:45

Avropa liderləri Yunanıstanın avrozonada qalmasını istəyirlər


Avropa Birliyinin liderləri bir daha bildiriblər ki, Yunanıstandakı iqtisadi böhranın ən yaxşı həlli yolu onun avrozonada qalmasıdır.

Böyük 8-lər ölkələrinin ABŞ-da keçirilən sammitində Avropa Şurasının sədri Herman Van Rompuy və Avropa Komissiyasının rəhbəri Jose Manuel Baqrrozo da iştirak edirlər.

Avrozona, xüsusilə də Yunanıstandakı vəziyyət sammitdə müzakirə olunan əsas məsələlərdən biridir.

Jose Manuel Barrozo bildirib ki, Yunanıstan Avropa ailəsinin bir hissəsidir və onlar Afinadan ona maliyyə yardımı verilməsilə bağlı əldə olunmuş razılaşmanın şərtlərinə əməl edilməsini gözləyirlər.


Şərhçilər hesab edir ki, Yunanınstan ölkədəki siyasi böhrana görə, avrozonadan çıxa bilər.

Avropa Birliyi ilə müqavilənin tərəfdarı olan siyasi partiyalar bu günlərə koalision hökumət yarada bilmədilər.

Buna görə İyunun 17-də ölkədə yeni parlament seçkisi keçiriləcək və bu seçkidə bu müqaviləyə qarşı olan qüvvələr qalib gələ bilər.
XS
SM
MD
LG