Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:40

Serbiya cinsi azlıqlar üçün sığınacaq yaradır



Serbiya paytaxtı Belqradın meri ailələri tərəfindən rədd edilən mavi və lezbiyanlar üçün sığınacaq yaradacağını bildirib. Mer Dragan Djilas deyib ki, cinsi oriyentasiyasına görə uşaqlarını valideynlərin çölə atmaları çox utancvericidir.

Homofobiya Serbiyada geniş yayılıb. Ölkənin Avropa Birliyinə qoşulmasına çalışan Serbiya hökuməti mavilərin hüquqlarının müdafiəsi ilə bağlı ciddi islahatlar aparacağını vəd edib.
Cinsi azlıqların hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar bildirirlər ki, bu Balkan ölkəsində bu qəbil insanlara qarşı zorakılıq geniş yayılıb.

2010-cu ildə Serbiyada keçirilən cinsi azlıqların paradında qarşıdurma yaranmış, 100-dən çox adam yaralanmışdı. Buna görə təhlükəsizlik qüvvələri keçən ilə nəzərdə tutulan belə parada icazə verməyib.
XS
SM
MD
LG