Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:13

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru danışıqlar üçün Tehrana gedir



Mayın 19-da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru Yukiya Amano Tehrana səfər edir. O, rəsmiləri ilə bu ölkənin nüvə proqramı ətrafında narahatlıqları müzakirə edəcək.

Agentliyin direktorunun İrana belə yüksək səviyyəli səfəri sonuncu dəfə 2009-cu ilin oktyabrında olub.

Bazar ertəsi ilə İranla BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan 5 ölkə, üstəgəl Almaniya arasında Bağdadda da müzakirə başlayır.

Qərb İranın nüvə proqramın silah yaratmağa yönəldiyini deyərək, Tehranın bundan imtina etməsinə çalışır. İran isə iddiaları rədd edir, bildirir ki, onun həmin proqramı yalnız dinc məqsədlidir.
XS
SM
MD
LG