Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Yulia Tymoshenkonun qızı ABŞ Konqresindən yardım istəyir



Ukraynanın həbsdə olan keçmiş Baş naziri Yulia Tymoshenkonun qızı ABŞ Konqresini anası və həbsdə olan başqa siyasi məhbusların azad edilməsi üçün Kiyevə təzyiqləri artırmağa çağırır. Yevgenia Tymoshenko bu çağırışını mayın 17-də ATƏT-dəki ABŞ nümayəndəliyi ilə telekonfrans zamanı səsləndirib.

O, deyib ki, anasının həyatına təhlükə var.

Baş nazir olduğu zaman vəzifədən sui-istifadədə ittiham edilən Yulia Tymoshenko keçən ilin oktyabrında 7 il müddətinə azadlıqdan məhrum edilib. Tymoshenko hazırda belində ağrılara görə xəstəxanada müalicə alır.
XS
SM
MD
LG