Avropa monarx ailəsinə mənsub brilyant Sotheby's-də 9,5 milyon dollara (9,04 İsveçrə frankı) satılıb.
Xəbəri «Le Monde» yayıb.
«Beau Sancy» adlanan brilyant indiyədək hərraclarda satılan ən baha brilyant olub.
Satış mayın 15-də Cenevrədə gerçəkləşib.
Əvvəlcə 34,98 karatlıq brilyanta 1,85 - 3,65 milyon İsveçrə frankı dəyərində qiymət qoyulub.
Daşı almaq uğrunda 5 nəfərin «mübarizə» apardığı bildirilir. Onların adı açıqlanmır. Satış telefonla baş tutub.
Satışdan sonra bu daş dünya mediasının gündəminə düşüb.
The Guardian «Beau Sancy»ın tarixçəsindən yazıb.
Sən demə, brilyant Marie de Mediciyə məxsus olub.
Bu daş onun tacını 1610-cu ildən - Fransa kraliçası olan zamandan bəzəyib.
1631-ci ildə kraliça daşı Niderland kral ailəsinə satıb.
Daha sonra brilyant İngiltərəyə gətirilib.
1701-ci ildə isə daş Prussiya kralı 1-сi Fridrixə məxsus olub.
Elə «Beau Sancy»ı da onun davamçıları günümüzədək qoruyub saxlayıb.