Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:27

Naxçıvanda bostan talvarlarını «Eurovision»a görə sökürlər?


Nehrəm sakinlərinin çardaqları sökülür
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Nehrəm sakinlərinin çardaqları sökülür

Naxçıvanda yol kənarına yaxın bostan talvarlarının sökülməsinə başlanıb. Bu haqda AzadlıqRadiosuna Babək rayon Nehrəm kəndinin sakinləri məlumat veriblər.

Sakinlərin bildirdiyinə görə, mayın 17-də Nehrəm kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov əkin sahələrinə gələrək onlardan bostan talvarlarını sökmələrini tələb edib. Kənd sakinlər isə bu tələblə razılaşmayıblar. Onların sözlərinə görə, icra nümayəndəsi gedəndən bir qədər sonra polislər əkin sahələrinə gələrək 20-yə yaxın çardağı sökməyə başlayıblar. Bu zaman kənd sakinlərinin etirazlarına məhəl qoymayıblar.

Sakinlər deyir ki, icra nümayəndəsi və polislər talvarların sökülməsi ilə bağlı göstərişin yuxarıdan gəldiyini, bunun «Eurovision – 2012» mahnı müsabiqəsi ilə əlaqəli olduğunu deyiblər. Guya ki, mahnı müsabiqəsinə gələn qonaqlar Naxçıvanı da ziyarət etmək istəsələr, yolların kənarındakı bostan talvarları .

Kənd sakini Hikmət Əliyev bildirir ki, onun çardağı yol kənarından 300 metr aralıdadır. Buna baxmayaraq polislər onun da çardağını zorla söküblər:

«CAMAATIN BƏZİSİ ŞƏRLƏNMƏYİN QORXUSUNDAN SƏSİNİ ÇIXARA BİLMƏDİ»

«Qardaşım dedi ki, polislərlə əlbəyaxa olma, qoy söksünlər. Polislər də dedilər ki, tədbir bitsin, 10-15 gün sonra təkrar qurarsınız. Deyirlər ki, kənardan pis görünür, sökməlisiniz. Mənim yerim isə yoldan 300 metr aralıdır. Niyə pis göstərir, başa düşmürük. Yenə altında otururduq, kölgələnirdik. İcra hakimi polislərə göstəriş verib, onlar da gəlib zorla, təzyiqlə sökdürür. Özüm çox müqavimət göstərmədim ki, məni şərləyə bilərlər. Bu hakimiyyətdən nə desən gözləmək olar. Camaatın bəzisi şərlənməyin qorxusundan səsini çıxara bilmədi».

Məsələyə münasibət öyrənmək üçün Babək rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbdülhüseyn Əliyevlə əlaqə saxladıq. O, isə bu deyilənlərdən xəbərsiz olduğunu bildirdi:

«MƏNİM XƏBƏRİM YOXDUR»

- Mənim xəbərim yoxdur. Bəlkə də polisə belə tapşırıq verilib.

Belə tapşırıq varsa, necə ola bilər ki, 1-ci müavin kimi sizin bundan xəbəriniz olmasın?
Xəbərim yoxdur. Ola bilsin ki, icra başçısı özü şəxsən polisə tapşırıq versin.
İcra başçısı ilə əlaqə saxlaya bilərikmi?

Yox. Yaxşı olar ki, polislə əlaqə saxlayın. Rəis müavini Novruz Rüstəmova zəng vurun.

Babək Rayon Polis İdarəsinin rəis müavini Novruz Rüstəmov isə suallarımızı cavablandırmaq istəmədi. Bundan sonra isə Nehrəm kənd icra nümayəndəliyinə üz tutduq. Kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov isə talvarların sökülməsi ilə bağlı deyilənləri qəti olaraq təkzib etdi:

«YALAN DEYİRLƏR»

«Belə hadisə olmayıb. Yalan deyirlər».

Novella Cəfəroğlu
Novella Cəfəroğlu
Naxçıvan Muxtar Respublikasından seçilən deputat Eldar İbrahimov da məsələdən xəbərsiz olduğunu bildirdi.

Əslən Naxçıvandan olan hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyir ki, talvarların sökülməsi insanların şəxsi həyatına müdaxilədir:

«MƏGƏR AVROPADA TALVAR YOXDUR?»

«Heç kimin ixtiyarı yoxdur ki, həmin talvarları söksün. Məgər Avropada talvar yoxdur? Guya avropalı qonaqlardan gizlətmək istəyirlər talvarları? Bostan talvarları bizim ənənələrimizdəndi. Biz nəinki öz ənənələrimizi gizlətməliyik, əksinə hamıya göstərməliyik. Bu hal çox utandırıcı bir haldır».
XS
SM
MD
LG