Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:26

“Facebook”un sahibi 20 milyard qazana bilər


“Facebook” öz səhmlərini daimi investorlarına satmağa başlayacaq.

“Facebook şirkəti” IPO (İlk təklif) zamanı aksiyalarının birinin qiymətinin 38 dollar təşkil edəcəyini bildirib.

Bu qiymət IPO diapazonunun ən yüksək həddidir.

İPO gözləyir ki, “Facebook”un banisi və icraçı direktoru 28 yaşlı Mark Zuckerbergə təxminən 20 milyard dollar verəcək.

Bu şirkət Harvard universiteti yataqxanasında 8 il əvvəl işə başlayıb və insanların internetlə kommunikasiya yolunu dəyişdirib. Hazırda “facebook”un dünya üzrə 900 milyon istifadəçisi var.
XS
SM
MD
LG