Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:57

«Eurovision»la əlaqədar informasiya köşkləri yaradılıb


«Eurovision 2012» mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar turist informasiya köşkləri yaradılıb. Köşklər Dəmir yolu vağzalında, Bakı Beynəlxalq Dəniz vağzalında, Bakı Beynəlxalq avtomobil vağzalında və Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunub.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, həmin köşklərin işinin məqsədi ölkəyə gələn qonaqlara Azərbaycan haqqında dolğun məlumatın verilməsindən ibarətdir.

Köşklərin fəaliyyəti dövründə şəhərin qonaqlarına Bakı şəhərinin xəritəsi, Bakı piyada marşrutları sxemi, Bakı şəhərində keçirilən mədəniyyət tədbirləri haqqında «What&Where» bukletləri, mehmanxanalar və restoranlar haqqında məlumat kitabçaları, şəhərin görməli yerləri haqqında məlumat kitabçaları paylanacaq.

Turist İnformasiya köşklərinə Azərbaycan Turizm İnstitutunun müxtəlif xarici dil bilən tələbələri cəlb olunub. Onlara Bakı Turizm İnformasiya Mərkəzində müvafiq treninqlər keçirilib.
XS
SM
MD
LG