Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:06

Baş mühəndis sayğac quraşdırılması üçün rüşvət tələbi ittihamı ilə tutuldu


Arxiv foto: elektrik sayğacı
Arxiv foto: elektrik sayğacı
-


Beyləqanda enerji şəbəkəsinin baş mühəndisi həbs edilib. Baş Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, rayonun Talıbxanlı kənd sakini icarəyə götürdüyü 0,5 hektar torpaq sahəsində inşa etdirdiyi tikiliyə enerji sayğacının quraşdırılması üçün texniki şərtin alınmasına görə baş mühəndis Vahid Feyziyevə müraciət edib.

Prokurluğa daxil olan məlumata görə Baş mühəndis də sakindən buna 200 manat rüşvət tələb edib: “Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində V.Feyziyev 2012-ci il mayın 8-də şəbəkənin inzibati binasındakı xidməti otağında vətəndaşdan 200 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

V.Feyziyev həmin pulları prokurorluq əməkdaşlarına təqdim edib və pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib” – deyə rəsmi məlumatda deyilir.
Prokurorluq V.Feyziyev barəsində Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə cinayət işi açıb.

Bu ittiham sübut olunsa, o, əmlakı müsadirə olunmaqla 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalana bilər.

Bunlar prokurorluğun ittihamlarıdır, hələlik Vahid Feyziyevin vəkili, ya da yaxınlarının bu ittihamlarla bağlı fikirləri məlum deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG