Keçid linkləri

2026, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 13:28

Amerikada ağdərili körpələrin sayı azalır

ABŞ tarixində ilk dəfə olaraq irqi və etnik azlıq olan körpələr ölkədə doğulmuş uşaqların yarıdan çoxunu təşkil edir. ABŞ Siyahıyaalma Bürosunun mayın 17-də verdiyi məlumata görə, qeyri-latın kökənli ağdərililər son 12 ayda doğulanların 49,6 faizini təşkil edib. Məlumata görə, doğulan azlıqlar – Latın Amerikadan olanlar, qara dərililər və asiyalılar 50,4 faizdir.

Əsası ağdərili avropalılar tərəfindən qoyulan və uzun zamandır irqi problemlərlə, o cümlədən quldarlıq, vətəndaş müharibəsi, azlıqların vətəndaşlıq hüququ və immiqrasiya məsələləri ilə məşğul olmuş Amerika Birləşmiş Ştatları üçün illərdir gözlənilən demoqrafik dəyişikliklər çox vacib bir mərhələdir.
This item is part of
XS
SM
MD
LG