Keçid linkləri

2025, 25 İyun, çərşənbə, Bakı vaxtı 03:21

Muzeylərə giriş iki gün pulsuz olacaq


Arxiv foto
Arxiv foto
Azərbaycan muzeylərdə «Açıq qapı» günü keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, «Açıq qapı» günləri mayın 18-də və 22-də olacaq. Həmin günlərin biri mayın 18-də «Beynəlxalq Muzeylər Günü»nə, mayın 22-də isə «Muzeylər gecəsi»nə həsr olunub.

Həmin günlər muzeylərə giriş pulsuz olacaq.

Bu arada «Eurovision» mahnı müsabiqəsi ilə əlaqədar Bakıdakı muzey və qoruqların iş saatları 2 saat artırılıb. Mayın 15-dən Bakıdakı muzey və qoruqlar saat 20:00-dək işləyir. Bu qrafik mayın 30-dək qüvvədə olacaq.

«Eurovision»ın yarımfinal və final günlərində (mayın 22, 24 və 26-da) isə muzey və qoruqlar saat 00:00-dək işləyəcəklər.
XS
SM
MD
LG