Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

Elnur Məcidli azadlıqda. Bəs digər siyasi məhbuslar? [Video]


Elnur Məcidli azadlıqda. Bəs digər siyasi məhbuslar?
Gözlə

No media source currently available

0:00 0:53:27 0:00
Direct-ə keçid

Yenicə həbsdən çıxmış AXCP fəalı Elnur Məcidli, onun vəkili Əshabəli Mustafayev və hüquq müdafiəçisi İntiqam Əliyev ehtimallarını bölüşürlər

«Mən özümü məhkum yox, siyasi girov sayırdım».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında yenicə həbsdən çıxmış AXCP fəalı Elnur Məcidli deyib. Elnur Məcidli əfv ərizəsi yazması ilə bağlı məsələdə aldadıldığını deyir:

«Martın 16-da, əfvin icrasından bir gün sonra məni çağırdılar. Mənə hakimiyyət nümayəndələri tərəfindən yanlış informasiya verildi ki, guya digər vicdan məhbusları da ümumi razılıq əsasında belə bir əfv ərizəsi imzalayıb. Sonradan bu addımın yanlış olduğunu anladım və ərizənin etibarsız sayılması üçün müraciət etdim».

O həmçinin bildirib ki, keçən il 2 aprel aksiyasında iştirak etdiyinə görə peşman deyil:

«Həmin gün hər şey qaydasında idi. Lakin hakimiyyətin provokasiyası, obyektlərə ziyan vurulması və s. nəticəsində hakimiyyətin günahını bu gün bizim məhbəsdəki yoldaşlarımız daşıyır. Onlar 1 ildən artıqdır məhbəs həyatı yaşayırlar. Azad olunmağım Azərbaycan məhkəmələrinin müstəqilliyinə və obyektivliyinə heç bir əsas vermir. «Eurovision» ərəfəsindəki təzyiqlər nəticəsində hakimiyyət bu addımı atdı…».

E.Məcidli deyir ki, həbsdə olduğu müddətdə ona qarşı təxribat cəhdləri də olub:

«Bizim cəzaçəkmə müəssisəsi yarımqapalı rejimdə idi. Mən Nemət Pənahlı ilə bir yerdə qalırdım. İlkin vaxtlarda bəzi dustaqlar tərəfindən mənfi qarşılanırdıq və nəsə təxribat hazırlanırdı. Biz təbliğatla, məhbuslarla hər gün etdiyimiz söhbətlərlə situasiyanı öz xeyrimizə dəyişə bildik…».
Əshabəli Mustafayev
Əshabəli Mustafayev

«HAKİMİYYƏTİN DAİRƏSİ DARALIR»

Elnur Məcidlinin vəkili Əshabəli Mustafayev deyir ki, əfv ərizəsi yazmaq təklifi bütün cəzaçəkmə müəssisələrindəki siyasi məhbuslara edilib. Onun fikrincə, cəmiyyətdə siyasi düşüncəyə və əqidəyə görə həbs olunmanı mübarizə yolu ilə aradan qaldırmaq lazımdır:

«Təxminən 1 ay bundan əvvəl situasiya ayrı cür idi. Hakimiyyət siyasi məhbusların hamısını içəridə saxlamaq istəyində idi. Lakin indi hiss olunur ki, situasiya dəyişib. Bu onu göstərir ki, hüquqi, siyasi müstəvidə mübarizə aparmaq lazımdır. Əlbəttə, son günlər keçirilən piketlər, beynəlxalq qurumların təzyiqləri öz təsirini göstərib…».

Hüquq müdafiəçisi İntiqam Əliyev isə deyir ki, hökumətin əfv ərizəsi yazdırmaq üçün etdiyi cəhdlərə baxmayaraq siyasi məhbuslar hökuməti çox çətin vəziyyətə saldılar:

«Hökumət bunun üçün bütün kanalları işə salmışdı. Məhbuslara təşəkkür düşür ki, onlar möhkəm dayandılar və hökuməti çətin situasiyaya saldılar. Bu situasiyada hökumət uduzdu. Bütün məhbusların digər yollarla azadlığa çıxması cəmiyyətdə böyük bir fəallığa gətirib çıxarardı. Ona görə də çalışırlar ki, bunu cəmiyyətin mübarizəsi kimi yox, padşahın mərhəməti kimi təqdim etsinlər…».

İ.Əliyev deyir ki, hakimiyyətin dairəsi daralır və siyasi məhbuslar tezliklə azad olunacaq.

Müzakirəni tam olaraq buradan dinlə:


XS
SM
MD
LG