Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:10

Yol qəzasında 1 ailənin 4 üzvü ölüb


Bakı-Şamaxı yolunda baş vermiş qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfərsə yaralanıb.

APA-nın məlumatına görə, hadisə bu gün saat 15:30 radələrində Qobustan ərazisində baş verib.

Dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını propan qazı daşıyan “ZİL” markalı maşınla toqquşub.

Nəticədə “Mercedes”də olan 1 ailən 4 üzvü hadisə yerindəcə ölüblər.

Xəsarət alan yük maşınının sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.
XS
SM
MD
LG