Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 03:00

İran səfirliyi qarşısında etiraz aksiyası keçirilib [Video]


Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspor Mərkəzi mayın 16-da İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Siyasi şüarlar səsləndirən aksiya iştirakçıları İranı Azərbaycana qarşı təxribatlara son qoymağa və həbs olunmuş fəalları azad etməyə çağırıblar.

Polis aksiyaya müdaxilə etməyib, əksinə, səfirliyə gedən avtomobil yolunu bağlamaqla etirazçıların təhlükəsizliyini təmin edib.

Aksiyaçılar sonda əyinlərindəki qara geyimləri çıxararaq səfirliyin binası qarşısına atıblar.

Aksiya ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinin mövqeyini öyrənmək mümkün olmayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG